
Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
Yeniavaz.com xəbər verir ki, Həsənriz kəndinə bu mərhələdə 29 ailə – 114 nəfər köçürülüb.