
Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin həcmi 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Neft Fondunun investisiya portfelindəki vəsaitlərin 31,4%-i və ya 20,9 milyard dolları Avropa regionunda yerləşən ölkələrdə saxlanılır.
Qeyd edək ki, son bir il ərzində Avropada saxlanılan vəsaitlərin payı artıb. Belə ki, ötən ilin iyul ayının əvvəlinə olan göstəricilərə əsasən, investisiya portfelinin 30,7%-i və ya 17,8 milyard dolları Avropada yerləşirdi.
Avropadakı artıma baxmayaraq, Şimali Amerikada saxlanılan vəsaitlərin payı eyni dövrdə 33,1%-dən 25,3%-ə qədər azalıb. Dollar ifadəsində bu göstərici 19,2 milyard dollardan 16,8 milyard dollara düşüb.
Cədvəldə Neft Fondunun investisiya portfelinin regionlar üzrə bölgüsü əks olunur:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz