
2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri barədə yaydığı məlumatda qeyd olunub.
“Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7%, 2026-cı ildə isə 5,3% olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır”, - məlumatda deyilir.