Trampın xüsusi nümayəndəsi Qəzzaya gedib


ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Qəzza zolağında atəşkəsə nail olmaq üçün Yaxın Şərqə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ona Stiv Uitkoffun indi Yaxın Şərqə, “Qəzza bölgəsinə” getdiyini bildirib. Bruce vurğulayıb ki, ABŞ “atəşkəs və yardımın çatdırılması üçün humanitar dəhliz yaradılmasına” nail olmağa ümid edir. Stiv Uitkoffun birbaşa Fələstin anklavına səfər etmək niyyətində olub-olmaması ilə bağlı suala Bruce, ABŞ-ın "bölgədə çoxlu tərəfdaşları və müttəfiqləri" olduğunu deyib və "bunu unutmamağa" çağırıb. Dövlət Departamentinin nümayəndəsi xüsusi elçinin konkret hara getməsi ilə bağlı konkret məlumatının olmadığını bidirib: “Lakin, əlbəttə ki, bu, onun danışıqlar apara biləcəyi yer olacaq və ümid edirəm ki, atəşkəsə gətirib çıxaracaq".

DİGƏR XƏBƏRLƏR

Top