Ağdam və Ağdərədə geniş ərazidə yanğın başlayıb – Video


İşğaldan azad olunmuş Ağdam və Ağdərə rayonlarının bəzi ərazilərində yanğın müşahidə edilib.
Yeniavaz.com
xəbər verir ki, yanğın Xaçınçay çayı boyunca yerləşən Ağdamın Əlağalı və Yeni Qaralar kəndlərindən başlanıb.
Yanğın genişlənərək Ağdərə rayonunun Qazançı və Sırxavənd kəndlərinə qədər irəliləyib.
Ot və kol örtüyünün alışması nəticəsində yanğın daha böyük sahələrə yayılıb.
Alovun qarşısını almaq məqsədilə FHN-in yanğınsöndürmə qüvvələri əraziyə göndərilib. Ümumilikdə 50 nəfərlik heyət, xüsusi texnika və avadanlıqlarla yanğının meşə sahələrinə yayılmasının qarşısını almağa çalışır.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

DİGƏR XƏBƏRLƏR

Top