
“Netanyahu və onun qatil şəbəkəsi barbarlıqda artıq Hitleri də geridə qoyub. Hətta Avropada Holokost zamanı belə Qəzzadakı kimi qeyri-insani vəhşiliklər olmamışdı”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.
O, beynəlxalq ictimaiyyəti bu vəhşiliyə göz yummamağa və aclıqdan kütləvi şəkildə ölən fələstinlilərlə bağlı tədbir görməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl Fələstinin HƏMAS hərəkatı davam edən blokada səbəbindən Qəzza zolağında 2 milyondan çox insanı aclıqdan ölüm təhlükəsi gözlədiyini bəyan edib. İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Aviha Edri isə HƏMAS-ın bu ittihamlarını rədd edib.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il 7 oktyabr tarixində HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd kəndlərinin sakinlərinin öldürülməsi və aralarında uşaqlar, qadınlar və yaşlılar olan girovların götürülməsi ilə kəskin şəkildə gərginləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya alıb və anklava, eləcə də Livan və Suriyanın ayrı-ayrı bölgələrinə cavab zərbələri endirməyə başlayıb. O vaxtdan indiyədək Qəzzada ölü və yaralıların ümumi sayı 200 mini keçib.