
Almaniya çempionu “Bavariya”dan azad agent kimi ayrılan Tomas Müller karyerasını Amerikada davam etdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Bildirilib ki, 25 il “Bavariya”da çıxış edən 35 yaşlı alman futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Klubun adı çəkilməsə də, onun xidmətində amerikalı “Los-Anceles Leykrz”ın maraqlı olduğu məlumdur.
Qeyd edək ki, Tomas Müller “Bavariya”nın heyətində 756 oyun keçirib, 250 qol vurub, 276 məhsuldar ötürmə edib və iki Çempionlar Liqası da daxil olmaqla 33 kubok qazanıb. Almaniya millisi ilə Tomas Müller 2014-cü il dünya çempionu olub.