Beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq


Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılacaq və onların icrası 2030-cu ilədək təmin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top