Ukrayna müdafiə üçün müttəfiqlərindən nə qədər pul istəyir? - Nazir açıqladı

 
Ukrayna gələn il müttəfiqlərindən 60 milyard dollar müdafiə yardımı almaq üçün Aİ və NATO üzvləri ilə danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal öz “Telegram” kanalında bildirib.  
“Gələn il müdafiə üçün ən azı 120 milyard dollara ehtiyacımız olacaq. Biz müttəfiqlərin dəstəyi ilə bu məbləğin yarısını toplamaq üçün digər ölkələrlə işləyirik”, - o yazıb.
Qeyd edək ki, bundan əvvəl Şmıqal həmçinin bəyan etmişdi ki, Kiyevə 2025-ci ildə silah alışı ilə bağlı büdcə kəsirini bağlamaq üçün 6 milyard dollar lazımdır.
Onun sözlərinə görə, bu pul Ukraynaya cəbhə xəttini saxlamaq üçün daha çox pilotsuz uçan aparatlar istehsal etməyə imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top