
“Ford” ciddi nasazlıq aşkar edildiyi üçün 700 minə yaxın avtomobilini geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Məlumata görə, geri çağırılma yanacaq injektorlarındakı nasazlıqla bağlıdır.
Aşkarlanan nasazlıq 1,5 litrlik mühərriklərlə təchiz edilmiş “Bronco Sport” və “Escape” avtomobillərini əhatə edir.