Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə o rəhbərlik edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinə yenidən Rustem Umerovun başçılıq edəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki,  o bu barədə “Telegram” kanalında məlumat verib.
“Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin yaradılmasına göstəriş vermişəm. Nümayəndə heyətinə Rustem Umerov başçılıq edəcək”, - Zelenski qeyd edib.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətinin tərkibinə onun ofisinin, Ukrayna kəşfiyyatının və Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri də daxil olacaq.
Qeyd edək ki, əvvəlki nümayəndə heyətinə də həmin vaxt ölkənin müdafiə naziri postunu tutan Umerov başçılıq edirdi. Lakin o, iyulun 16-da bütün hökumətin istefaya göndərilməsi ilə postunu itirdi.  İyulun 18-də Zelenski Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin etdi.

DİGƏR XƏBƏRLƏR

Top