
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.