Tramp və Putin Çində görüşə bilər


ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Çində görüşə bilər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş sentyabrın 3-də Pekində militarist Yaponiya üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbirdə baş tuta bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə qeyd edib ki, Amerika liderinin Çinə səfər etməyi planlaşdırdığına dair hələ heç bir məlumat yoxdur.
“Biz Pekinə səfərə hazırlaşırıq. Bu, dövlət başçısının gündəmindədir. Amma eşitməmişik ki, prezident Tramp da Pekinə getməyi planlaşdırır. Əgər o, orada olarsa, o zaman görüşün keçirilməsinin məqsədəuyğunluğunu da istisna etmək olmaz”, - deyə o, yekunlaşdırıb.
Digər tərəfdən, “The Times” qəzeti də Çində İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı sentyabrda keçiriləcək bayram şənliyində üç qalib ölkə - Rusiya, Çin və ABŞ liderlərinin görüşünün mümkünlüyünə dair iddia ilə çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top