Bu rayonda 5 mindən çox abonent qazsız qalacaq


Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, diametri 315 mm olan “Ulacalı-Qaragüney” ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar iyulun 22-si saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top