
Böyük Britaniya Rusiya ilə əlaqəsi olan 134 gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, yeni qara siyahı Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.
Sənəddə qeyd edildiyi kimi, bununla da məhdudiyyətlərə məruz qalan gəmilərin ümumi sayı 290-dan 424-ə yüksəlib.
Bundan əlavə, London iki şirkətə - “Intershipping Services” və “Litasco Middle East DMCC” şirkətlərinə məhdudiyyətlər tətbiq edib.
Bildirilib ki, yeni sanksiyaların hədəfi Rusiyaya “pul axınını azaltmaq” və onun “kölgə donanmasını” zəiflətməkdir.