Milyardlıq şirkətlər 7 ildə 320 milyard dollar itirdi


Səhmləri birjada satılan və illik gəlirləri 1 milyard dollardan çox olan 3500-ə yaxın şirkət 2017-2024-cü illərdə ümumilikdə 320 milyard dollar itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ”Financial Times” (FT) “EY-Parthenon” konsaltinq şirkətinin hesabatlarına istinadla məlumat yayıb.
Qəzet qeyd edib ki, bu, dünyada hökm sürən geosiyasi və makroiqtisadi qeyri-sabitlikdən irəli gəlib.
Bu şirkətlərin dörddə biri 2017 və 2024-cü illər arasında 5% və ya daha çox mənfəət marjası ilə üzləşib.
Hesabatda deyilir ki, 2014-cü ildə ən çox mənfəət marjası olan beynəlxalq şirkətlərin yalnız onda biri 2024-cü ilə qədər onları qoruyub saxlaya bilib.

DİGƏR XƏBƏRLƏR

Top