
Moskva və Kiyev arasında danışıqların növbəti raundu iyulun 24-25-də İstanbulda baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Rusiya-Ukrayna danışıqlarında iyulun 24-25-i üçün razılaşmalar aparılır”, - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, daha əvvəl TASS-dakı mənbə İstanbulun Rusiya-Ukrayna danışıqları üçün əsas yer olaraq qalacağını bildirmişdi. Rusiya danışıqlar qrupuna yaxın olan başqa bir mənbə isə Ukraynanın bu həftə Rusiyaya danışıqların yeni mərhələsini keçirməyi təklif etdiyini təsdiqləmişdi.