
Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında məlumat dərc olunub.
“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə “Milestone” kollecinin ərazisində təlim təyyarəsi qəzaya uğrayıb. Nəticədə 19 nəfər həlak olub, 164 nəfər yaralanıb.