
Bu ilin ilk yarısında Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana ən çox Rusiya vətəndaşları gəlib.
Bu ilin ilk yarısında Azərbaycana 314,1 min Rusiya vətəndaşı səfər edib ki, bu da ölkəyə gələn əcnəbilərin 25,8%-ni təşkil edib.
Yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbilərin sayı ölkələrə görə aşağıdakı kimi olub:
Rusiya – 314,1 min nəfər (25,8%);
Türkiyə – 214,3 min nəfər (17,6%);
Hindistan – 114,4 min nəfər (9,4%);
İran – 99,8 min nəfər (8,2%);
Gürcüstan – 51,1 min nəfər (4,2%);
Qazaxıstan – 45,0 min nəfər (3,7%);
Səudiyyə Ərəbistanı – 38,9 min nəfər (3,2%);
Pakistan – 35,3 min nəfər (2,9%);
Çin – 25,6 min nəfər (2,1%);
İsrail – 23,1 min nəfər (1,9%);
Özbəkistan – 23,1 min nəfər (1,9%);
Birləşmiş Ərəb Əmirlikləri – 21,9 min nəfər (1,8%);
Ukrayna – 17,0 min nəfər (1,4%);
Türkmənistan – 15,8 min nəfər (1,3%);
Belarus – 12,2 min nəfər (1,0%);
Küveyt – 12,2 min nəfər (1,0%);
Digər ölkələr – 153,4 min nəfər (12,6%).
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan 1,7 dəfə, Çindən 1,5 dəfə, İordaniyadan 44,3%, Qırğızıstandan 39,5%, Yaponiyadan 35,4%, Pakistandan 21,1%, Qazaxıstandan 20,4%, Cənubi Koreyadan 18,2%, Niderlanddan 17,7%, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən 17,5%, Kanadadan 17%, ABŞ-dən 16%, İspaniyadan 15,7%, Hindistandan 15,1%, İtaliyadan 13,2%, Misirdən 10,6% artıb.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4% artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7% azalaraq 186 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3% azalaraq 422,9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 5,8% artaraq 558,8 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 74,3%-i hava, 24,3%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Elnur Əli