
Qəzza zolağında 2023-cü ilin oktyabrında silahlı münaqişə qızışmağa başlayandan bəri ən azı 59 min fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin Teleqram kanalında məlumat dərc olunub.
“2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatların qurbanlarının sayı 59 min 29 nəfərə çatıb, daha 142 min 135 nəfər yaralanıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, son iki gündə anklavın xəstəxanalarına 134-ü ölü olmaqla 1155 fələstinli gətirilib.