
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, püşkatmada Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib.
Belə ki, III təsnifat mərhələsində “Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi “Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə görüşəcək.
“Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibi isə “Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi ilə qarşılşacaq.
“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan) cütünün qalibi isə “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsində ilk görüşlər 19-20 avqustda, cavab oyunları isə 26-27 avqustda baş tutacaq.