
UEFA Çempionlar Liqasına 3-cü təsnifat mərhələsindən başlayacaq “Fənərbağça”nın bu mərhələdəki rəqibi bəlli olub.
Yeniavaz.com xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində, UEFA-nın mərkəzi ofisində baş tutub.
“Sarı-lacivərtlilər”in rəqibi öz keçmiş futbolçusu Robin van Persinin baş məşqçi olduğu Niderlandın “Feyenord” komandası olub.
Qeyd edək ki, ilk oyun avqustun 5-i və ya 6-sı Niderlandda, cavab görüşü isə avqustun 12-də İstanbulda keçiriləcək.