
“Azərbaycan tərəfindən Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılacağı halda, Moskva rəsmi qərarları gözləyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
“İstintaq tədbirləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın haqqıdır. Biz rəsmi qərarları gözləyəcəyik”, - deyə Peskov bildirib.
Qeyde dək ki, daha əvvəl Azərbaycan tərəfinin Aktau yaxınlığında baş verən AZAL təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəmə orqanlarına təqdim etmək üçün sənədlər hazırlaması barədə məlumat yayılmışdı.
Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.