
İtaliya həbsxanalarda sıxlığı azaltmaq üçün 10 mindən çox məhbusu (məhbusların təxminən 15 faizi) azad edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın Ədliyyə Nazirliyi bildirib.
Nazirliyin bəyanatında deyilir ki, təxminən 10 105 məhbus ev dustaqlığı və ya sınaq müddəti kimi alternativ həbs cəzaları üçün uyğundur.
Bu qərar hökmləri qəti olan, cəzasının bitməsinə iki ildən az qalan və son 12 ayda ciddi intizam pozuntusu olmayan şəxslərə şamil ediləcək.
Nazirlik əlavə edib ki, terrorçuluq, mütəşəkkil cinayətkarlıq, miqrant alveri, adam oğurluğu və s. kimi ağır cinayətlərə görə cəza çəkən şəxslər siyahıdan çıxarılacaq.
Ədliyyə Nazirliyinin bildirdiyinə görə, ayrı-ayrı işlər üzrə qərarların qəbul edilməsinə kömək etmək üçün həbsxanalar və hakimlərlə işləmək üçün işçi qrupu yaradılıb. İşçi qrupu sentyabr ayına qədər həftədə bir dəfə toplanacaq və gğrülən işlər barədə hesabat verəcək.
Qeyd edək ki, Ümumdünya Həbsxana Məlumat Bazasına görə, İtaliya həbsxanaların tam dolu olmasına görə, 122 faizlə Avropada ən yüksək göstəriciyə malik ölkələrdən biridir.