Dünyanın ən sürətli elektrik skuteri – “Bugatti Veyron”u geridə qoyur


Böyük Britaniyanın “Bo” şirkəti “The Turbo” adlı ultra yüksək sürətli elektrik skuterini təqdim edib.
Yeniavaz.com  
xəbər verir ki, bu barədə istehsalçının saytında məlumat verilib.
Məlumata görə, dünyanın ən sürətli elektrik skuteri “Bo The Turbo” 160 km/saat sürət yığa bilir ki, bu da kiçik tutumlu mühərrikləri olan bəzi motosikletlərdən daha sürətlidir.
“Bo The Turbo” elektrik skuteri əvvəllər “Jaguar Land Rover” və “Williams” Formula 1 komandalarında işləmiş mütəxəssislər qrupu tərəfindən hazırlanıb.
Onun dizaynında innovativ materiallardan və texnologiyalardan istifadə olunub.
Yeni elektrik skuteri ümumi gücü 24 kVt (32,5 at gücü) olan iki mühərriklə təchiz edilib. Həmçinin skuterin hər kiloqram çəkiyə düşən xüsusi gücü “Bugatti Veyron”dan daha yüksəkdir.
“Bo The Turbo” 1,8 kilovat-saat tutumlu akkumulyatorla təchiz olunub və o, tam doldurulduqda skuter 240 kilometrdən çox məsafə qət edə biləcək.
“Bo The Turbo” həmçinin kifayət qədər güclü əyləclərə malikdir.
Ən sürətli elektrik skuter hazırda sınaqdan keçirilir. Tezliklə, onun kütləvi istehsalı planlaşdırılır. Lakin skuterin qiyməti o qədər də ucuz olmayacaq. Belə ki, “Bo The Turbo” elektrik skuterini təxminən 30 000 dollara almaq mükün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top