
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində Fələstinin HƏMAS hərəkatının silah istehsalı qərargahında silahların hazırlanması üzrə rəhbər olan Bəşər Tabeti öldürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin bildirdiyinə görə, Bəşər Tabet HƏMAS-ın silah istehsalı qərargahında yeni silahların tədqiqatına və təkmilləşdiriiməsinə cavabdeh olub.
“Bundan əlavə, o, Qəzza zolağında terrorçu qrupların arsenalının bərpası və gücləndirilməsi ilə məşğul olub", - mətbuat xidməti əlavə edib.