Mask “Grok”un uşaq versiyasını hazırlayır


İlon Maskın “xAI” startapı süni intellektə (AI) əsaslanan “Grok” çatbotunun “Baby Grok” adlı uşaq versiyasını hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə  “X” sosial şəbəkə hesabında məlumat verib.  
“Biz uşaqlar üçün uyğun məzmun təqdim edəcək “Baby Grok xAI” tətbiqini hazırlayacağıq”, - deyə Maks bildirib.
Qeyd edək ki, Mask 2023-cü ilin aprelində “xAI” süni intellekt startapını qurub. Bir neçə ay sonra şirkət “Grok” adlı süni intellektlə işləyən çatbotu təqdim edib. Layihənin yaradıcıları iddia edirlər ki, bu məhsul senzurasız olması və real vaxt rejimində müvafiq məlumatlara çıxışı təmin etməsi ilə analoqlarından fərqlənir.

DİGƏR XƏBƏRLƏR

Top