Kürdəmirdə kütləvi zəhərlənmə – Zəhərlənənlərin sayı 24-ə çatdı + Yenilənib


Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10-u isə kişilərdir.
Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.

***11:46 
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus “Naftalan” ailəvi restoranda baş verib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.
İlkin məlumata görə hadisə nəticəsində 17 nəfər zəhərlənib.  
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.

DİGƏR XƏBƏRLƏR

Top