
Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, “yatmış şahzadə” Əl Valid ibn Xalid əl Səud vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sabq” portalı məlumat yayıb.
“Yatmış şahzadə” ağır qəzadan sonra 20 ildən çox komada qalıb. O, 2005-ci ildə Londonda hərbi kollecdə oxuduğu vaxt keçirdiyi ağır avtomobil qəzasından sonra komaya düşüb. 16 yaşında Əl Valid beyin qanaması ilə müşayiət olunan ağır kəllə-beyin travması alıb.
Həkimlər Əl Validin həyata qayıtmaq şansının olmadığını bildirsələr də, atası oğlunu süni nəfəs aparatından ayırmaqdan imtina edib.
2019-2020-ci illərdə "yatmış şahzadə"nin əlini tərpətdiyi barədə xəbərlər yayılıb. Lakin iyulun 19-da onun ürəyi dayanıb.
Qeyd edək ki, bundan əvvəl Lüksemburq şahzadəsi Frederik 22 yaşında nadir xəstəlikdən dünyasını dəyişmişdi.