
Göyçay rayonunda 23 yaşlı qadın itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
“Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub. Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.
F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

