
İnzibati cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə görə, qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.
Fərmanla, həmçinin Nazirlər Kabinetinə inzibati cərimələrin qaytarılması qaydasını altı ay müddətində müəyyən etmək tapşırılıb.