FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq


Təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən su hövzələrində təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciətində bildirilir.
Nazirlik əhalini su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bildirilib ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- çimərlikdə balıq tutmaq;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:
- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

DİGƏR XƏBƏRLƏR

Top