
İsrailin Qəzza zolağına hücumları nəticəsində son 24 saatda ən azı 56 fələstnli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinə istinadla “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, anklavın şimal hissəsində 40-dan çox, o cümlədən humanitar yardım paylama məntəqələrində 14 fələstinli həlak olub.
İsrail qüvvələrinin köçkünlər üçün çadırların yerləşdiyi məktəb ərazisini atəşə tutması nəticəsində sektorun cənub hissəsində daha 9 mülki şəxs öldürülüb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da İsrailin Fələstin anklavına qarşı apardığı müharibədə ölənlərin sayı 58 667, yaralananların sayı 139 974 nəfərə çatıb.