Qəsəbə mavi qazla təzhiz edilib, amma bir ailə qazsız qalıb-Video

Pirşağı qəsəbəsində 2009-cu ildə köhnə qaz xətləri yenisi ilə əvəz edilib. Əliskəndər İskəndərov həmin müddətdə iflic olduğundan xəstəxanada olub. Buna görə də bütün qonşulara qaz xətti çəkilib və sayğac çəkilib. Amma sayğac qoyulsa da illərdir Əliskəndər İskəndərovun evi qazsız qalıb.

Bənzər müraciətləri nəzərə alaraq "Azəriqaz" İstehsalan Birliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin sözlərinə görə, qazlaşdırılma prosesində bu və digər səbəblərə görə evdə olmayan şəxslər əvvəlcə “ASAN xidmət”ə müraciət etməlidirlər. Tikinti şirkətlərinin kornidatlarını əldə etdikdən sonra şərtləri müvafiq olanlardan biri ilə müqavilə imzalanmalıdır. Sözügedən şirkət texniki məsələləri həll etdikdən sonra "Azəriqaz"a müraciət edəcək. "Azəriqaz"ın əməkdaşları əraziyə baxış keçirib təhlükəsizliyə rəy verməlidirlər. Bundan sonra isə "Azəriqaz" tərəfindən abonent pulsuz sayğacla təmin ediləcək.

Xezerxeber

Qaz

DİGƏR XƏBƏRLƏR

Top