
Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinə istinadla “Sputnik Ermənistan” məlumat yayıb.
İstintaq Komitəsi onun 2025-ci il iyulun 1-də mətbuata verdiyi müsahibədə hakimiyyəti ələ keçirmək üçün açıq çağırışa görə saxlanıldığını bildirib.
2025-ci il iyulun 18-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi (KİV vasitəsilə hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu devirməyə çağırışlar) ilə cinayət işi açılıb.