
İspaniyanın “Real Madrid” klubu bir mövsümdə əldə etdiyi gəlirlərə görə, futbol klubları arasında rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2024/25 mövsümündə oyunçu transferləri nəzərə alınmadan klubun gəliri 1,185 milyard avroya çatıb.
Ötən mövsümün sonunda isə “Real Madrid” gəlirlərinə görə, 1 milyard avro həddini aşan ilk klub olub.
Kral klubu ötən mövsüm Qitələrarası Kuboku və UEFA Super Kubokunu qazanıb. Digər tərəfdən, Madrid komandası İspaniya çempionatında ikinci yeri tutaraq, Klublararası Dünya Çempionatının yarımfinalına və Çempionlar Liqasının 1/4 finalına yüksəlib.