Si Cinpin Tramp və Putinlə üçtərəfli görüş təşkil etmək istəyir


Çin Prezidenti Si Cinpin Çində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iyulun 18-də “The Times” qəzeti məlumat yayıb.
“Vaşinqton və Pekin arasında bir sıra ticarət sövdələşmələri Trampın Pekinə qarşı münasibətini dəyişib və onun sentyabrda keçiriləcək sammitdə Si Cinpin və Putinlə görüşdə iştirakı ilə bağlı ehtimallarl artırıb”, - nəşr bildirib.
Qəzetin yazdığına görə, üç lider arasında görüş ehtimalı var, lakin Trampın bunu ABŞ ərazisində təşkil edilməsinə üstünlük verəcəyi qeyd edilir.
Qeyd edək ki, iyulun 11-də “Bloomberg” agentliyi ABŞ-nin dövlət katibi Marko Rubioya istinadla xəbər verib ki, Tramp və Si Cinpin danışıqlar üçün görüşməyi planlaşdırır. Onun sözlərinə görə, hazırda iki ölkə liderlərinin görüşünün tarixləri razılaşdırılır.
Digər tərəfdən, fevral ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin avqust-sentyabr aylarında Çinə səfər etməyi planlaşdırdığınə bildirib. Onun sözlərinə görə, Rusiya liderinin səfəri Yaponiya militarizmi üzərində qələbənin 80 illiyinə və İkinci Dünya Müharibəsinin başa çatmasına təsadüf edəcək.

DİGƏR XƏBƏRLƏR

Top