Platininin 20-yə yaxın medal və kuboku oğurlandı


Naməlum şəxslər Fransa millisinin sabiq futbolçusu Mişel Platininin Buş-dü-Ron iqamətgahındakı evini qarət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Foot Mercato” portalı məlumat yayıb.
Məlumata görə, Platini qara paltarlı, kapüşonlu kişini görməyə nail olub. Daha sonra medallarının və kuboklarının yoxa çıxdığını müəyyən edib.
Portalın məlumatına görə, Platininin 20-yə yaxın medalı və kuboku oğurlanıb.
Marsel prokurorluğu Platininin evində oğurluq faktı ilə bağlı araşdırmaya başlandığını təsdiqləyib. Oğru hadisə yerindən qaçıb, həmçinin Platini xəsarət almayıb.
Qeyd edək ki, Platininin 70 yaşı var. Bir oyunçu kimi o, üç dəfə “Qızıl top”a sahib olub, Avropa çempionu olub və Dünya Çempionatında bürünc medal qazanıb.
O, “Sent-Etyen”lə bir dəfə Fransa çempionu, “Yuventus”la iki dəfə İtaliya çempionu olub, İtaliya kubokunu qazanıb, Avropa Çempionlar Kubokuna, Qitələrarası Kuboka və Avropa Superkubokuna sahib olub. 2007-2015-ci illərdə Platini Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top