Zelenski Umerova bu vəzifəni verdi


Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Rustem Umerovu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.
“Rustem Enveroviç Umerov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin”, fərmanda qeyd edilib.
Digər fərmanla Zelenski Aleksandr Litvinenkonu bu vəzifədən kənarlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl, Umerovun ölkənin müdafiə naziri vəzifəsindən kənarlaşdırıldıqdan sonra ABŞ-yə səfir gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Lakin iyulun 17-də Radanın deputatı Yaroslav Jeleznyak Vaşinqtonun onun namizədliyini qəbul etmədiyini bildirmişdi.  Jeleznyak həmçinin Umerovun Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olacağını ehtimal etdiyini qeyd etmişdi.
Xatılkadaq ki, Umerov 2023-cü ilin sentyabrından bu il iyulun 16-dək Ukraynanın müdafiə naziri olub. Onun vəzifəsinə keçmiş baş nazir Denis Şmıqal tərin edilib. Rustem Umerov həmçinin Rusiya ilə danışıqlarda Kiyev nümayəndə heyətinə rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top