Morgenstern itin ad günüdə iştirak edib 150 min avro alacaq


Məşhur rusiyalı reper və şoumen Morgenstern adı açıqlanmayan Avropa ölklərinin birində itin ad günü şənliyində konsert verəcək.
Yeniavaz.com
“Mash” teleqram kanalına istinadən xəbər verir ki, Asiyada nəzərdə tutulan böyük konsertin ləğvindən sonra reper belə tədbirlər üçün sifarişlər qəbul etməyə başlayıb. 
İtin ad günü proqramında iştiraka görə reper 150 min avro alacaq. Bu məbləğə 10 mahnı, tort təqdimatı, şamların üfürülməsi, qonaqlarla fotosessiya və ad günü sahibini təbrik etmə mərasimi daxildir.
Bildirilir ki, ad günü tədbirində səbəbkar “Chihuahua” cinsli itdən başaq daha 20 quyruqlu qonaq olacaq. Morgenstern bu tədbirdə “Cadillac”, “Ratatatata”, “Aristocrat” və digər hitlərini səsləndirəcək. Ardınca tort çıxarılacaq, ad günü şamları üfürüləcək və foto çəkiliş olacaq. Bundan əlavə, reper təşkilatçılardan uçuş, hotel və transfer üçün əlavə 10 min avro tələb edib.
Məlumata görə, musiqiçinin komandası BƏƏ-dən, meneceri Moskvadan, özü isə İsraildən gələcək. Morgenstern üçün Avropa hava limanlarından birində VIP giriş-çıxış zolaqları da təşkil olunub.

DİGƏR XƏBƏRLƏR

Top