
“AzerGold” QSC tərəfindən təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC Çinin dövlət şirkəti olan “Sinosteel Equipment & Engineering Co., LTD” ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, “Daşkəsən Dəmir Filiz” MMC bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, Çin şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-yə bank maliyyələşdirilməsinə yararlı texniki-iqtisadi əsaslandırma üzrə məsləhət xidməti göstərəcək və bunun qarşılığında 4 milyon 165 min manat alacaq.
Elnur Əli