Fransa səfiri “Zəngəzur dəhlizi” ilə bağlı suala cavab vermədi – Video


Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini “News.am” saytının müxbirinin verdiyi sualı cavabsız qoyaraq tədbiri tərk edib.
Yeniavaz.com
xəbər verir ki, iyulun 18-də İrəvanın Şarl Aznavur meydanında keçirilən tədbirdə müxbir səfirə Sünik vilayətindən (Zəngəzur – red.) keçən yolun ABŞ şirkətinin idarəetməsinə verilməsi ilə bağlı sual ünvanlayıb.
Lakin səfir bu suala münasibət bildirməkdən imtina edib və sadəcə “Bu gün biz Şarl Aznavurdan danışırıq”, – deyə cavab verərək meydanı tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top