Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.
Vida mərasimindən sonra şəhid Usta Cəlilli kənd qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. O, 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhidin nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.

