“Qarabağ” növbəti transferini açıqladı


“Qarabağ” növbəti transferini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Klubumuz yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb: Zaqrebin “Dinamo” klubu ilə uzun sürən danışıqlar uğurla nəticələnib və müdafiəçi Sami Mmae icarəyə götürülüb”, - məlumatda bildirilib.
Məlumatda həmçinin futbolçu ilə 1 illik icarə müqaviləsinin imzalandığı qeyd edilib.
Mətbuat xidmətinin məlumatına görə, müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində komandamıza qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.
Xatırladaq ki, klub buna qədər daha üç futbolçunu – Braziliyadan Dani Bolt və Pedro Bikalyonu, Fil Dişi Sahilindən Kris Kuakunu transfer edib.

DİGƏR XƏBƏRLƏR

Top