Şahin Şıxlinski axtarışa verildi – KİV


Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski federal axtarışa verilib.
Yeniavaz.com
xəbər verir bu barədə “Ura.ru” portalı məlumatlı mənbələrə istinadla məlumat verib.  
Qeyri-rəsmi məlumata görə, bu gün onun Yekaterinburqdakı mənzilində axtarışlar aparılıb.
İkinci mənbə iddia edir ki, Şahin Şıxlinski də bir gün əvvəl istintaq təcridxanasına göndərilmiş oğlu Mütvəli Şıxlinski kimi Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (“dövlət məmuruna qarşı zorakılıq”) ittiham olunur.
Qeyd edək ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlınski iyulun əvvəlində Yekaterinburqda vəhşicəsinə saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top