“Real” Alabanı satmağı planlaşdırır


“Real Madrid” bu yay avstriyalı müdafiəçi David Alabanı satmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilib ki,b33 yaşlı oyunçu vergilərdən əvvəl ildə 22,6 milyon avro qazanaraq klubun üçüncü ən çox maaş alan oyunçusudur.
“David Alabanın müqaviləsi gələn mövsümün sonuna qədərdir. O, Kral Klubunda daha bir mövsüm keçirib azad agent kimi ayrılmaq istəyir”, - nəşr yazır.
Qeyd edək ki, Alaba dizindən aldığı zədə səbəbindən 2023-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər mövsümü buraxdı. O, bu ilin fevral və aprel aylarında da müxtəlif zədələr alıb.

DİGƏR XƏBƏRLƏR

Top