ABŞ Müsəlman Qardaşlarını terror təşkilatı kimi tanıya bilər


ABŞ Prezidenti Donald Trampın administrasiyası “Müsəlman Qardaşlar” hərəkatını  terror təşkilatı kimi tanıyan qanun layihəsini baxılmaq üçün qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə senator Ted Kruzun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, siyasətçi müvafiq qanun layihəsini Senatda təqdim edib. Bildirilir ki, sənəd ABŞ-də “Müsəlman Qardaşlar”ın rəsmi şəkildə terror təşkilatı kimi tanınması üçün yeni strategiyanı nəzərdə tutur.
Senator qeyd edib ki, “Müsəlman Qardaşlar” hərəkatı ABŞ və onun müttəfiqlərinin milli təhlükəsizliyinə təhdid yaradır və Yaxın Şərq və Avropanın bir çox ölkəsi artıq təşkilatı terrorçu kimi tanıyıb.
Ted Kruzun mətbuat xidmətindən bildirilib ki, oxşar qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top