Ticarət dövriyyəsində 314 milyon dollarlıq saldo yaranıb


Bu ilin iyun ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 434,3 milyon dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 877 milyon dollarını ixrac, 1 milyard 557,3 milyon dollarını idxal təşkil edib.
Ötən ilin iyun ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi 105,4 milyon dollar artıb.
Qeyd edək ki, bu ilin iyun ayında ticarət dövriyyəsində 319,7 milyon dollarlıq saldo yaranıb.
Onu da bildirək ki, ümumilkdə bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top