
Mars mənşəli ən böyük meteorit Nyu-Yorkda keçirilən hərracda rekord məbləğə – 5,3 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin saytında məlumat dərc olunub.
Bildirilir ki, meteoritin səthində həmçinin Yer atmosferindən sürətlə keçərkən yaranmış batıqlar görünür.
“NWA 16788” (meteoritin adı - red.) qırmızımtıl-qəhvəyi ərimə qabığı ilə örtülüdür ki, bu da ona mars mənşəyini dərhal tanıdan rəng çaları verir”, - məlumatda deyilir.
Məlumata görə, 24 kiloqramlıq bu daş, ölçüsünə görə Mars mənşəli digər meteoritlərdən təxminən 70% böyükdür. Güman edilir ki, bu meteorit Mars səthindən asteroidin toqquşması nəticəsində qopub.
“The Washington Post” yazır ki, bu meteorit dünyanın ən bahalı meteoritidir.



