Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından məhrum edildi


Azərbaycanlı məşhur MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb.
Yeniavaz.com
Rusiyanın “Telegram” kanallarına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xifmətinin (FTX) Saratov vilayəti üzrə idarəsi məlumat yayıb.
 Məlumata görə, o, Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradan, ölkə daxilində siyasi və sosial vəziyyətə mənfi təsir göstərən hərəkətlərə yol verdiyi üçün vətəndaşlıqdan məhrum edilib.
Qeyd edək ki, Cavid Rzayev ötən ilin mayında Moskvada keçirilən yarışda rusiyalı idmançı Sergey Prixodkonu məğlub edib. Daha sonra döyüşçü digər rusiyalı idmançı Artur Kulinski ilə mübahisə edib və onu “rus donuzu” adlandırıb.
Xatırladaq ki, Rzayevin 30 yaşı var. O, qarışıq üslublu döyüşlərdə (MMA) dörd dəfə qalib gəlib və iki dəfə məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top